ain.az, Footbal-plus saytına istinadən bildirir.
"Sabah" Misli premyer-liqasının 24-cü tur matçında "İmişli"ni darmadağın etdi - 5:0."Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindi. Bütün komandalar burda çətinlik çəkir. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün "Sabah" ailəsini təbrik edirəm. Bu oyunu unudub "Sumqayıt"la matça köklənəcəyik.- "Sabah"ın məhsuldarlığının sirri nədi?- Bunun heç bir sirri yoxdu. Sadəcə olaraq futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçular bu sistemə uyğunlaşır. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Raxmonaliyev, Aron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Cesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.