AZ

Valdas Dambrauskas: “Bunun sirri yoxdur”

Misli Premyer Liqasının XXIV turunda "Sabah" "İmişli"ni darmadağın edib - 5:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

"Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün "Sabah" ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı "Sumqayıt"la matça köklənəcəyik".

- "Sabah"ın məhsuldarlığının sirri nədir?

- Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Raxmonaliyev, Aron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Cesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır.

Saşa İliç: “Bunun səbəbini bilmirəm”

Ayxan Abbasov: “Bir çox klub rəhbərləri komandadan getməlidir”

“Sumqayıt” yenə xalsız qaldı - YENİLƏNİB

”Neftçi” - “Qarabağ” oyununun vaxtı bəlli oldu

Andrey Demçenko: “Hədəfimiz avrokuboklardır”

Seçilən
12
7
apasport.az

10Mənbələr