EN

SEPAH təsdiqlədi: İran generalı zərbələr nəticəsində öldürülüb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi müfəttişi general Əbülqasım Babaiyanın öldürüldüyünü təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə hərbi qurumun bəyanatını "Fars" Agentliyi yayıb.

Məlumata görə, general İsrail və ABŞ tərəfindən endirilən zərbələr nəticəsində ölüb.

Hadisənin dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb. SEPAH onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bildirilib ki, Babaiyan bundan əvvəl İranın ali liderinin hərbi ofisinin rəhbəri vəzifəsini icra edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
oxu.az

2Sources