Qazaxıstanın Mərkəzi Referendum Komissiyası ölkənin yeni konstitusiyası ilə bağlı səsvermədə ilk seçici fəallığının rəqəmlərini açıqlayıb.
"Report"un Qazaxıstan Bürosu xəbər verir ki, yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 9:00-a) olan məlumata görə, seçici siyahılarına daxil olanların 19,21%-i səs verib.
Qeyd olunub ki, saat 10:00-a qədər ölkə üzrə ümumilikdə 2.393.844 vətəndaş bülleten alıb ki, bu da seçici siyahılarına daxil olanların 19,21%-ni təşkil edir.
Komissiyanın məlumatına görə, bölgələrdə seçici fəallığı aşağıdakı kimidir: Astana - 20,68%, Almatı - 9,54%, Şımkent - 21,36%, Abay bölgəsi - 17,98%, Akmol bölgəsi - 19,82%, Aktyub bölgəsi - 21,80%, Almatı bölgəsi - 18,10%, Atırau bölgəsi - 19,44%, Qərbi Qazaxıstan bölgəsi - 18,80%, Jambıl bölgəsi - 18,49%, Jetisu bölgəsi - 21,01%, Karaqanda bölgəsi - 26,64%, Kostanay bölgəsi - 19,24%, Qızılorda bölgəsi - 24,02%, Manqistau bölgəsi - 18,53%, Pavlodar bölgəsi - 16,36%, Şimali Qazaxıstan bölgəsi - 18,72%, Türküstan bölgəsi - 21,21%, Ulıtau bölgəsi - 20,31%, Şərqi Qazaxıstan bölgəsi - 20,64%.