AZ

Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib - YENİLƏNİB-3

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı keçirilən referendumda iştirak sayı 2022 və 2024-cü il referendumlarında, eləcə də 2022-ci il prezident seçkilərində və 2023-cü il parlament seçkilərində iştirak sayını üstələyib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.

Qeyd olunub ki, saat 18:00-a (Bakı vaxtı ilə 17:00) olan məlumata görə, iştirak sayı 70,91% təşkil edib.

Seçici siyahısındakı 12.461.796 vətəndaşdan 8.845.280-i artıq səs verib. Ən aşağı fəallıq Almatıda - 32,82%; ən yüksək fəallıq isə sakinlərin 91,8%-nin səs verdiyi Qızılorda vilayətində qeydə alınıb.

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 15:00) olan məlumata görə, seçici fəallığı 64,43% təşkil edib ki, bu da əvvəlki 2024-cü il referendumunun nəticəsindən yüksəkdir.

"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.

Qeyd olunub ki, Qazaxıstanda indiyə qədər 8.029.286 nəfər səs verib. Seçici siyahılarında ümumilikdə 12.461.796 vətəndaşın adı var.

Qazaxıstanda 2024-cü ildə keçirilən və ölkənin ilk atom elektrik stansiyasının tikintisinə yönəlmiş əvvəlki referendumda seçici fəallığı 63,66% təşkil etmiş, 12.284.487 qeydiyyatdan keçmiş seçicidən 7.820.204 nəfər səs vermişdir.

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.

Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.

Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Qazaxıstanın Mərkəzi Referendum Komissiyası ölkənin yeni konstitusiyası ilə bağlı səsvermədə ilk seçici fəallığının rəqəmlərini açıqlayıb.

"Report"un Qazaxıstan Bürosu xəbər verir ki, yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 9:00-a) olan məlumata görə, seçici siyahılarına daxil olanların 19,21%-i səs verib.

Qeyd olunub ki, saat 10:00-a qədər ölkə üzrə ümumilikdə 2.393.844 vətəndaş bülleten alıb ki, bu da seçici siyahılarına daxil olanların 19,21%-ni təşkil edir.

Komissiyanın məlumatına görə, bölgələrdə seçici fəallığı aşağıdakı kimidir: Astana - 20,68%, Almatı - 9,54%, Şımkent - 21,36%, Abay bölgəsi - 17,98%, Akmol bölgəsi - 19,82%, Aktyub bölgəsi - 21,80%, Almatı bölgəsi - 18,10%, Atırau bölgəsi - 19,44%, Qərbi Qazaxıstan bölgəsi - 18,80%, Jambıl bölgəsi - 18,49%, Jetisu bölgəsi - 21,01%, Karaqanda bölgəsi - 26,64%, Kostanay bölgəsi - 19,24%, Qızılorda bölgəsi - 24,02%, Manqistau bölgəsi - 18,53%, Pavlodar bölgəsi - 16,36%, Şimali Qazaxıstan bölgəsi - 18,72%, Türküstan bölgəsi - 21,21%, Ulıtau bölgəsi - 20,31%, Şərqi Qazaxıstan bölgəsi - 20,64%.

Rövşən İlyasov

Seçilən
21
3
far.az

5Mənbələr