AZ

Qazaxıstanda referendumda iştirak 64,43 faiz təşkil edib

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə saat 15:00) olan məlumata görə, seçici fəallığı 64,43% təşkil edib ki, bu da əvvəlki 2024-cü il referendumunun nəticəsindən yüksəkdir.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Referendum Komissiyası xəbər yayıb.

Qeyd olunub ki, Qazaxıstanda indiyə qədər 8.029.286 nəfər səs verib. Seçici siyahılarında ümumilikdə 12.461.796 vətəndaşın adı var.

Qazaxıstanda 2024-cü ildə keçirilən və ölkənin ilk atom elektrik stansiyasının tikintisinə yönəlmiş əvvəlki referendumda seçici fəallığı 63,66% təşkil etmiş, 12.284.487 qeydiyyatdan keçmiş seçicidən 7.820.204 nəfər səs vermişdir.

Seçilən
6
1
ikisahil.az

5Mənbələr