İran milli komandası futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyə bilər və bu halda onun yerini, çox güman ki, Asiya Futbol Konfederasiyasının (AFC) digər komandası tutacaq.
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, əvəzetmə üçün ən real namizəd İraq yığması hesab olunur.
İraq millisi martın 31-də qitələrarası pley-offun finalında Boliviya - Surinam cütlüyünün qalibi ilə qarşılaşacaq. Əgər İraq bu oyunda məğlub olarsa, məhz o, İranın əvəzinə dünya birinciliyinə vəsiqə qazana bilər.
Əgər İraq yığması qalib gəlib pley-off vasitəsilə turnirə birbaşa vəsiqə qazanarsa, növbəti namizəd Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) komandası olacaq.
Xatırladaq ki, martın 11-də Yaxın Şərqdə alovlanan genişmiqyaslı münaqişə fonunda İranın idman naziri Əhməd Donyamali milli komandanın bu yay ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini bəyan edib.
Bizim.Media