EN

Musa Qurbanlı “100”ə çatdı

Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
 
Moderator.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
 
O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.
 
Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.
 
Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub.
 
Chosen
25
16
moderator.az

10Sources