EN

Azərbaycanda valideyn övladına portuqaliyalı ulduz futbolçunun adını verib

2025-ci ildə Azərbaycanda doğulan bir körpəyə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun adı verilib.

İdman.Biz xəbər verir ki, bunu təsdiq edən məlumata Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin saytında rast gəlmək mümkündür.

Nazirliyin veb-saytının axtarış hissəsində məşhur futbolçunun adını yazarkən 2025-ci ildə bir vətəndaşımızın “Ronaldo” adlandırıldığı öz təsdiqini tapır.

Məlumat üçün əlavə edək ki, 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu hazırda Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir.

İdman.Biz
Chosen
27
3
idman.biz

4Sources