EN

Müəllimlərə bayramda bu qədər MÜKAFAT VERİLƏCƏK

Ajans.az xəbər verir ki,  universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib.  Sorğumuza cavab olaraq Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilmişdir. Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib.  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 450 manat verilib.  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz və Ramazan bayramları ilə əlaqədar universitetin bütün əməkdaşların bir aylıq əməkhaqqısının 40% mislində bayram hədiyyəsi yüklənilib.  Bakı Mühəndislik Universitetinin (BMU) bütün əməkdaşlarına bayram münasibəti ilə 300 manat pul mükafatı veriləcək. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün əməkdaşlarına bayram münasibəti ilə 200 manat veriləcək. Lənkəran Dövlət Universitetinin (LDU) professor müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb. Azərbaycan Texniki Universitetinin (AzTU)  bayram münasibətilə əməkdaşların mükafatlandırılması nəzərdə tutulub.Məbləğ isə hələ açıqlanmayıb. 
Chosen
10
10
Ajans.az

10Sources