EN

Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği bilindi

Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır. Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur.

Publika.az "AzEdu.az"aistinadən xəbər verir ki,universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib.

Sorğumuza cavab olaraq Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilmişdir.

Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 450 manat verilib.

Chosen
38
10
publika.az

10Sources