EN

Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlandı



Naxçıvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 46 yaşlı Vüsal Zalov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun psixotrop maddəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Şəxsin idarə etdiyi avtomobilə baxış keçirilən zaman müxtəlif çəkilərdə qablaşdırılmış psixotrop maddə – metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Chosen
30
3
baki-xeber.com

5Sources