AZ

Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 17 mart, AZƏRTAC

Naxçıvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 46 yaşlı Vüsal Zalov müəyyən edilərək saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, araşdırmalar zamanı onun psixotrop maddəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib. Şəxsin idarə etdiyi avtomobilə baxış keçirilən zaman müxtəlif çəkilərdə qablaşdırılmış psixotrop maddə – metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
azertag.az

5Mənbələr