Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 46 yaşlı Vüsal Zalov müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı onun psixotrop maddəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən olunub.
Şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən müxtəlif çəkilərdə qablaşdırılmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.