İrandan İsrail ərazisinə doğru növbəti raket buraxılışları qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) məlumat yayıb.
"Hava hücumundan müdafiə sistemləri hücumun qarşısını almaq üçün çalışır", - deyə SAXAL-dan bildirilib.
SAXAL sonuncu dəfə İrandan raket hücumu barədə Bakı vaxtı ilə saat 05:30-da məlumat vermişdi.