AZ

İsrail ordusu İranın dövlət obyektlərinə irimiqyaslı zərbələr endirib VİDEO FOTO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail hərbçiləri Tehran, Şiraz və Təbriz şəhərlərində yerləşən İran hökumətinə məxsus hədəflərə irimiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
oxu.az

6Mənbələr