Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ)fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,738 milyon ABŞ dollarıtəşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ildəki göstərici ilə müqayisədə 6,3 milyon ABŞ dolları vəya 43,8% çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində BƏƏ-nin payı 4,1% təşkil edib.
Həmçinin 2025-ci ildə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 42,127 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 10,4 milyon ABŞ dolları vəya 33% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəBƏƏ-nin payı 3,6% təşkil edib.
2024-cü ildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pulköçürmələrinin həcmi 14,418 milyon ABŞ dolları, əks istiqamətdə isə31,679 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.