EN

Bayram günlərində banklar və "Azərpoçt" işləyəcək

Bakı. Trend:

20-30 mart qeyri-iş günlərində ölkədəki bankların filial vəşöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyutamübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olanturistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinədavamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 18bankın 180 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyutamübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsimüştərilərə xidmət göstərəcək.

Məqalədə:
Chosen
46
29
az.trend.az

10Sources