AZ

Bayram günlərində işləyəcək bank, poçt və valyuta mübadilə məntəqələrinin SİYAHISI

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Qeyri-iş günləri olan 20-30 mart 2026-cı il tarixlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

- Bayram günlərində işləyəcək bankların SİYAHISI;

- Bayram günlərində işləyəcək poçtların SİYAHISI;

- Bayram günlərində işləyəcək valyuta mübadilə məntəqələrinin SİYAHISI.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
27
oxu.az

10Mənbələr