Bakı, 18 mart, AZƏRTAC
Martın 20–30 tarixlərində olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/1a32bfea230c5912598daac99.pdf
“Azərpoçt” MMC - https://uploads.cbar.az/press-releases/4b9aaa5547fe9ea96bff938a8.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/e9296e0c66978d921c89dbc9f.pdf