EN

Qrem: İranın on nüvə bombası əldə etməsinin qarşısını aldıq

BAKI, 18 mart. TELEQRAF

“ABŞ keçən ilin iyun ayında keçirdiyi hərbi əməliyyatla İranın ən azı on nüvə bombası hazırlamasıının qarşısını alıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Senatının respublikaçı üzvü Lindsi Qrem deyib.

“Prezident Donald Tramp bu əməliyyat sayəsində İrana ən azı on nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməyə imkan verməyib. İran bunu illər yox, həftələr ərzində əldə edəcəkdi”, - siyasətçi bildirib.

İrana qarşı indiki müharibə ilə bağlı Qrem qeyd edib ki, müttəfiqlərin iradəsini belə mürəkkəb dövrlərdə görmək olar:

“Məsələn, BƏƏ başa düşür ki, ABŞ Hörmüz boğazının açıq qalması uğrunda mübarizə aparır, halbuki Amerika neftinin cəmi bir faizi bu boğazdan keçir. Onların beynəlxalq koalisiyaya qoşulmaq ideyasına hazırlığı yüksək qiymətləndirilir”.

Senator əlavə edib ki, BƏƏ İrandan müdafiə üçün yardım göstəriləcək ölkələr arasında birinci yerdə olmalıdır.

Chosen
19
1
teleqraf.com

6Sources