EN

AFFA Turan Tovuz və Çinar klublarını texniki məğlubiyyətlə cəzalandırıb

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AFFA aşağı yaş qruplarında çıxış edən iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.

Ölkə.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-16 Qızlar Liqasının martın 14-də keçirilməsi nəzərdə tutulan "Turan Tovuz" – "Araz-Naxçıvan" oyunu baş tutmayıb. Meydan sahibi həkim briqadasını təmin etmədiyi üçün "Turan Tovuz"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında isə "Çinar" klubu "transfer pəncərəsi"nin qeyri-aktiv dövründə qeydiyyata alınan 4 oyunçunu meydana çıxardığı üçün cəzalandırılıb. Sözügedən futbolçuların martın 7-də "Yasamal FM" (Şəmkir) və martın 14-də isə "Qoşqar" komandalarına qarşı oyunlarda iştirakı əsasnamənin pozulması kimi qiymətləndirilib. Bu səbəbdən hər iki görüşün nəticəsi ləğv edilib və "Çinar"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
3
olke.az

5Sources