EN

Modi Pezeşkianla telefon danışığında enerji infrastrukturuna hücumu pisləyib

İrandakı müharibənin başa çatması üçün ABŞ və İsrailin hücumları dərhal dayandırması lazımdır.

"Far.Az" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında deyib.

"Həmçinin hücumların təkrarlanmamasına zəmanət verilməlidir",- İran Prezidenti bildirib.

Hindistanın Baş naziri ölkəsinin gərginliyin və münaqişələrin artmasından dərin narahatlığını ifadə edib.

"Dünyada qida və enerji təhlükəsizliyi, eləcə də kənd təsərrüfatı məhsullarının ixracı ciddi təhdid altındadır", - Modi deyib və regiondakı enerji infrastrukturuna hər hansı hücumu qətiyyətlə pisləyib.

O, Hörmüz boğazının təhlükəsizliyinin təminatının davam etdirilməsini və Fars körfəzində sərbəst gəmiçiliyi tələb edib.

Chosen
40
2
far.az

3Sources