"Mançester Yunayted" rəhbərliyi baş məşqçi postu üçün ciddi addımlar atmağa hazırlaşır.
Bakıvaxtı.az bildirir ki, hazırda klubun əsas namizədlərindən biri Luis Enrikedir.
Məlumata görə, Enrikenin bu yay PSJ-dən ayrılacağı ilə bağlı şayiələr güclənməkdədir. İspaniyalı mütəxəssis uzun müddətdir ki, İngiltərə Premyer Liqasında çalışmaq arzusundadır.
Bununla belə, onun gələcəyi ilə bağlı başqa ehtimal da mövcuddur; təcrübəli məşqçi karyerasında birillik fasilə verməyi də nəzərdən keçirə bilər.