EN

Naxçıvanda restoranda yanğın baş verib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəNaxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşənrestoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət YanğındanMühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsusümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermişyanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişikyerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısamüddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədəyanıb.

Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarətalan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizəolunub.

Chosen
47
18
az.trend.az

5Sources