EN

ABŞ Omandakı vətəndaşlarını ehtiyatlı olmağa və təhlükəsiz məkanlara sığınmağa çağırıb

ABŞ-ın Oman Sultanlığındakı səfirliyi ABŞ vətəndaşlarını evlərində qalmağa və təhlükəsiz məkanlara sığınmağa çağırıb. Səfirlik bunu regionda cərəyan edən hadisələrlə əsaslandırıb.

AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, vətəndaşları evlərindən çıxmamağa və ya digər təhlükəsiz yerlərə sığınmağa, kifayət qədər ərzaq, su, dərman və digər zəruri ehtiyatları toplamağa çağırıb. Həmçinin, kütləvi nümayiş keçirilən məkanlardan uzaq durmaq, rəsmi məlumat mənbələrini izləmək və yerli hakimiyyətin göstərişlərinə əməl etmək, eləcə də səfər sənədlərini əlçatan yerdə saxlamaq tövsiyə olunub.

Səfirlik əlavə edib ki, vətəndaşlar ailələri ilə daimi əlaqə saxlamalı, telefonlarını şarjlı saxlamalı və fövqəladə hallarla bağlı məlumatları almaq üçün (STEP) proqramında qeydiyyatdan keçməlidirlər. Zəruri hallarda yardım üçün rəsmi əlaqə vasitələri kimi Oman təcili yardım nömrəsi (9999), səfirlik və ABŞ Xarici İşlər Nazirliyi ilə əlaqə xətləri göstərilib.

Chosen
18
3
yeniazerbaycan.com

4Sources