EN

Amerikaya köçən azərbaycanlılar niyə artır? – SƏBƏBİ AÇIQLANDI

“2025-ci il ərzində ABŞ-dən Azərbaycana fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

O, bu rəqəmləri Azərbaycanda doğulan uşaqlarının sayının kəskin azalmasını sübut edən fakt kimi qiymətləndirib:

“Uşaq doğuşunun azalması bir tək ölkədəki iqtisadi, sosial vəziyyətlə, ailələrin gələcəyə ümidsiz olması, mənzil, iş, qazanc problemləri, uşaq pulu məsələsi ilə bağlı deyil – sadaladıqlarm, təbii ki, ciddi təsir edir, amma, həm də gənclərin, dünyaya uşaq gətirmək üçün ən optimal yaşda olan insanların ölkədən kütləvi köçməsi də demoqrafik vəziyyətin pisləşməsinə ciddi təsir edir.

Gənclər ümidsizdir, perspektiv görmürlər, kütləvi şəkildə ölkədən Avropaya, ABŞ-a köçürlər, orta pul qazanıb Azərbaycandakı ailələrinə, yaxınlarına göndərirlər.

Rusiyanın iqtisadi anlamda qapısı bağlandığına, siyasi anlamda gələcəyinin qaranlıq olması, miqrantlara qarşı vəhşi davranışları, son illərdə böyüyən gənclərin ingilis dilinə olan həvəsi, ölkədən köç marşrutunu kəskin dəyişib – ABŞ, Avropa, Türkiyə önə çıxıb.

Azərbaycan hökuməti ölkədən valyuta çıxışını hər üsulla məhdudlaşdırır, maneələr yaradır, quru sərhədləri bağlı saxlayır, valyutaya qənaət edir, bu da iqtisadi aktivliyi daha da zəiflədir. Amma anlamaq istəmir ki, ölkədən 20-30 yaş arası köçən hər bir gənc, dövlətin və valideynlərin ona xərclədiyi (təhsilinə, sağlamlığına) onminlərlə dollar vəsaiti öz beynində, bədənində özü ilə birgə ölkədən “aparır”, başqa xalqların rifahı üçün “xərcləyir”, çoxu orda ailə qurur, dünyaya uşaq gətirir.

Gənclərə ümid vermək, gələcəyə inam aşılamaq lazımdır – bunun üçün isə hər növ, əsas da, iqtisadi azadlıqların genişlənməsinə acil ehtiyac var…”

Chosen
9
4
nocomment.az

5Sources