EN

Çinin okean dərinliklərini xəritələşdirməsi ABŞ-la mümkün müharibəyə hazırlıq kimi qiymətləndirilir » AzadMedia.az


Onlarla Çin tədqiqat gəmisi Sakit, Hind və Şimal Buzlu okeanlarının strateji əhəmiyyətli bölgələrində dəniz dibinin xəritəsini hazırlamaqla məşğuldur. Bu fəaliyyətin ABŞ-la mümkün müharibəyə hazırlıq çərçivəsində həyata keçirildiyi bildirilir. Bu barədə Reuters məlumat yayıb.
Agentliyin sorğuladığı hərbi-dəniz ekspertləri izah ediblər ki, toplanan məlumatlar əsasında Çin sualtı vəziyyətin tam mənzərəsini əldə edəcək. Bu isə ABŞ-la müharibə halında rəqibi izləməyə və sualtı döyüş əməliyyatları aparmağa imkan verəcək. Reuters-in qeydinə görə, xüsusilə Filippinlər, Quam, Havay adaları və Ueyk atolundakı ABŞ hərbi bazası ətrafındakı sulara xüsusi diqqət yetirilir.
Xəritələşdirmə ilə paralel olaraq Çin “Şəffaf okean” layihəsi çərçivəsində sensor şəbəkəsi də qurur. Agentliyin məlumatına görə, temperatur, duzluluq və axınları izləyən sistemlər artıq Cənubi Çin dənizində yaradılıb və Sakit və Hind okeanlarına qədər genişləndirilib.
ABŞ Hərbi-Dəniz Kəşfiyyatı İdarəsinin rəhbəri, kontr-admiral Mayk Bruks Konqresdə bildirib ki, Çin gəmilərinin məlumat toplaması “strateji problem yaradır”. Reuters vurğulayır ki, ABŞ onilliklər boyu okean hərbi əməliyyatları barədə üstün biliklərə malik olub, lakin Çinin bu səyləri həmin üstünlüyü zəiflədə bilər.
Chosen
17
10
azadmedia.az

10Sources