17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.
“Xristo Botev” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
II Liqa: XIX tura yekun vurulacaq
Millimizin baş məşqçisi Türkiyə klubunun xüsusi qonağı olub
"Araz Saatlı"dan əzmkar qələbə
AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər
AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb