Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda Avropada neft məhsullarının qiymətləri yüksəlir və tarixi maksimuma yaxınlaşır.
Milli.Az report-a istinadən xəbər verir ki, az kükürdlü qazoylun fyuçersləri 17,25 dollar artaraq, 1 349,25 dollara çatıb ki, bu da 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir.
Eyni zamanda, dizelin spot qiymətləri əvvəlki rekordları aşıb:
- Avropanın şimal-qərbində - 1 505,25 dollar (hər tonu);
- Aralıq dənizində - 1 470,75 dollar.
"Insights Global"ın məlumatına görə, Amsterdam-Rotterdam-Antverpen mərkəzində dizel və qazoyl ehtiyatları həftəlik olaraq 4,79 % azalaraq 2,089 milyon tona düşüb.
Aviayanacaq bazarı gərgin olaraq qalır. Kerosin ehtiyatları illik müqayisədə 13,4 % azalaraq, 737 000 tona düşüb ki, bu da ardıcıl dördüncü həftədir, azalma deməkdir.
Bundan əlavə, neftin qiymətləri yüksəlir: "Dated Brent"in spot premium qiyməti 2022-ci ilin avqustundan bəri ən yüksək olan barel üçün 4 dollara çatıb.
Analitiklər mövcud tendensiyanı Fars körfəzindəki vəziyyət fonunda təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.
Milli.Az