EN

Yanacaq xaosu başladı: Bir damla benzin üçün bir-birilərini tapdalamaq istəyirlər

Yaxın Şərqdə başlayan müharibə, İranın tankerlərin keçməsinə icazə verməkdən imtina etməsi və enerji obyektlərinə hücumlar səbəbindən strateji əhəmiyyətli Hörmüz boğazının nəqliyyata bağlanması qlobal neft tədarükündə əhəmiyyətli dərəcədə azalmaya səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, təchizat zəncirlərini pozan bu hadisələr enerji ehtiyaclarının böyük bir hissəsini Hörmüz boğazı vasitəsilə ödəyən Hindistanda neft böhranına səbəb olub. Hökumət ölkənin yalnız bir aylıq ehtiyatının qaldığını açıqlasa da, dünyanın ən çox əhali olan ölkəsində insanlar yanacaqdoldurma məntəqələrinə axışıblar. İnsanlar bir damla benzin üçün bir-birini tapdalamaq istəyirlər.

Ölkə ciddi neft böhranı yaşayır. 1,4 milyard əhalisi olan  Hindistanda yanacaqdoldurma məntəqələrinin qarşısında böyük izdiham yaranıb. Sosial mediada yayılan görüntülərdə Hindistanın hər yerində yanacaqdoldurma məntəqələrində növbələrin uzandığı görünür. 

Tamil Nadu, Dehli və Mumbay kimi böyük şəhərlərdə insanlar qiymətlərin daha da artmasından və ya tamamilə yanacaq çatışmazlığından qorxaraq yanacaqdoldurma məntəqələrinə maye bidonları və plastik butulkalar ilə axın ediblər. 

Analitiklər vurğulayırlar ki, Hindistan bu böhrandan ən çox təsirlənən ölkələrdən biridir. Ölkə LPG ehtiyacının 60%-ni idxal edir və bu idxalın 90%-i Hörmüz boğazından keçir. Boğazın bağlanması təkcə yanacaq deyil, həm də qaz və nəqliyyat xərclərinin kəskin artmasına səbəb olub. 

Hindistan hökuməti strateji neft ehtiyatlarının təxminən bir ay üçün kifayət edəcəyini bildirib və ictimaiyyəti təşvişə düşməməyə və ehtiyat yığmaqdan uzaq durmağa çağırıb. 

Lakin regionda davam edən münaqişə və Hörmüz boğazının davamlı blokadası dünyanın ən çox əhalisi olan ölkəsində enerji narahatlıqlarını artırmağa davam edir.

Chosen
24
50
cebheinfo.az

10Sources