İranın ali lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir.
News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə əməl edirlər. Ən əsası isə xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib", - Bəqai bildirib.
Qeyd edək ki, İranın sabiq ali rəhbəri Əli Xameneinin oğlu Müctəba Xamenei 28 fevralda, atasının öldürüldüyü hücumda yaralanıb. O, martın 8-də ölkənin yeni ali lideri seçilib.