EN

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi YADDAŞINI İTİRDİ

77 yaşlı uelsli baş məşqçi Con Toşaka demensiya diaqnozu qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə onun oğlu Kameron Toşak “Daily Mail” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəlik əsasən qısamüddətli yaddaşa təsir edir:
 

“Bu, çox ağır xəstəlikdir. Mən onunla demək olar ki, hər gün danışıram. Günün ikinci yarısında yenidən əlaqə saxlayanda səhər danışdığımızı xatırlamaya bilər. Amma “Liverpool FC”, “Real Sociedad” və ya “Real Madrid”də keçirdiyi illərlə bağlı soruşanda detalları dəqiqliyi ilə xatırlayır”.


Qeyd edək ki, C.Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda fəaliyyət göstərib.

2013-cü ildə isə Azərbaycanın “Xəzər Lənkəran” klubunu çalışdırıb.

Bizim.Media

Chosen
26
7
bizim.media

10Sources