EN

Rəşad Eyyubov: “Fiziki baxımdan Portuqaliya ilə oyuna hazırıq” – ARENA.AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) baş məşqçisi Rəşad Eyyubov bu gün jurnalistlərə açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib.

Rəşad Eyyubov qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

“Bəzi oyunçularımız Əvəzedicilər Liqasında, bəziləri Birinci Liqada, bəziləri isə Premyer Liqada çıxış edirlər. Bu səbəbdən komandanı balanslaşdırmağa çalışdıq. Düşünürəm ki, fiziki baxımdan oyuna hazırıq. Taktiki baxımdan da qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Futbolçulara daim deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır.

Heç bir rəqib qələbəni 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən daha çox istəyə bilməz. Futbolçular mental olaraq qalibiyyətlərə hazır olmalıdırlar. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz. Fərqi yoxdur, Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa komanda ilə. Əsas məqsədimiz oyunçularımızı əsas milliyə hazırlamaqdır. Vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar”.

Qeyd edək ki, martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununa saat 15:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
27
7
arena.az

10Sources