“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində futbol üzrə Azərbaycan milli komandası sabah Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmamızın üzvü Emin Mahmudov oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Emin Mahmudov: "2026-cı ildə ilk oyunumuzdur. Yaxşı nəticə qazanmaq istəyəcəyik. Qələbə qazanmaq bizim üçün vacibdir. Millidə asan qələbə yoxdur. Yığma komandada bir ildir ki, qələbə qazana bilməmişik. Çalışacağıq ki, qazanaq".
Ayxan Abbasov: "Bu, il ilk toplanışımızdır. Millətlər Liqasına qədər 2 toplanışımız olacaq və bunlardan maksimum istifadə edəcəyik. Bu toplanış vacibdir. Sevindirici hal budur ki, futbolçuların əhval, idman forması yaxşdır. Bu, bizi sevindirir. Bu iki oyunda hər kəsi meydanda görmək istəyəcəyik. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Rəqiblər bizə yad komandalar olsa da, çalışdıq ki, futbolçulara məlumat verək. Hər iki oyunda maksimumu edib, əlimizdən gələni edəcəyik.
Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu 27 mart saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.