EN

Dünya səyyahları Şuşaya səfər ediblər - YENİLƏNİB

Şuşa şəhərinə dünya səyyahlarının növbəti səfəri təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən heyət Şuşa ilə tanış olub.

Səyyahlar şəhərin mərkəzində Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərini ziyarət edib, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.

Qonaqlar daha sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı və Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar.

***

17:50

"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, səyyahlar şəhərin tarixi məkanları, təbii gözəllikləri və işğaldan azad edildikdən sonra aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Dünya Dünya
Chosen
47
10
apa.az

10Sources