EN

U-21 Portuqaliyaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.

8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya millisi 4 cavabsız qolla qalib gəlib.

27 mart
Avropa çempionatı, seçmə mərhələ

Azərbaycan U-21 – Portuqaliya U-21 - 0:4
Moreyra, 51. Parente, 54. Şermiti, 67. Simoes, 76.
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu.

Millimiz bu nəticədən sonra B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadı. Portuqaliya isə 16 xalla birinci pillədə qərarlaşıb.

Chosen
12
1
football-plus.az

9Sources