Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bir çox xəstəliklər var ki, bu gün dünyada çox geniş yayılıb. Onkoloji, ürək- damar, diabet, böyrək , qaraciyər catışmazlıqları bu xəstəliklərdən sayılır.
Ölkəmizdə də adını çəkdiyimiz xəstəliklər geniş yayılıb və bu gün də yayılmaqdadır. Ona görə də həmin xəstəliklərin müayinəsi və müalicəsi üçün Dövlət Proqramı da hazırlanıb! Çox sevindirici haldır ki, dövlət bu məsələləri daima diqqət mərkəzində saxlayır. Ən azından ona görə ki, adını çəkdiyimiz xəstəliklərin çoxunun müalicəsi və müayinəsi icbari tibbi sığortaya daxil edilib . İnsanlar da davamlı olaraq bu imtiyazlardan istifadə edir.
Bunun da bir neçə müsbət tərəfləri var. Ona görə ki, müayinlər zamanı gizli gedən bəzi xəstəliklər aşkarlanır və belə xəstəlikləri də vaxtında aşkar etdiklərinə görə, tez də müalicə etmək mümkündür. Onkoloji xəstələrin sayı isə ildən- ilə daha da artır.Bu xəstəliyin müalicəsi və müayinəsi isə küllü miqdarda vəsait tələb edir.
Amma gəlin ,onunla razılaşaq ki, bu vəsait də hər adam yoxdur.Təkcə müayinədən keçmək üçün 1500-2000 manat pul lazımdır. Bu isə hər adamın imkanı daxilində deyildir. Ona görə də , bir çox mütəxəssislər və ekspertlər bildirirlər ki, onkoloji xəstələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta paketinə daxil edilməlidir. Əgər belə olarsa , bütün xəstələr bu hüquqdan istifadə edə bilər.Bir sözlə, həmin təkliflərin həyata keçirilməsi əhalinin böyük sevincinə səbəb ola bilər! Allah bütün xəstələrə şəfa versin!!!
Emil FAİQOĞLU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.