İstanbulun Başakşəhər rayonunda məhkumları daşıyan dörd avtomobil qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, zəncirvari qəza nəticəsində 14 nəfər xəsarət alıb.
Yaralılardan 6 nəfəri jandarma zabiti, 8 nəfər isə məhkumdur.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.