EN

Pedro Sançes: Yaxın Şərqdəki vəziyyət ərzaq böhranı təhlükəsi yaradır

ABŞ və İsrailin İrana qarşı əməliyyatı yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb və mümkün ərzaq böhranı təhlükəsi yaradır.

"Ölkə.az" xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes lideri olduğu Sosialist Fəhlə Partiyasının tərəfdarlarına ünvanladığı məktubda bildirib.

"Son hadisələr səbəbindən yaranan qeyri-sabitlik bütün regiona və bütövlükdə planetə təhlükə yaradır. Biz artıq bir aydır ki, Yaxın Şərqdə açıq müharibəni müşahidə edirik: 2 mindən çox insan həyatını itirib, 4 milyon insan evlərini tərk etməyə məcbur olub, tədarük zəncirləri pozulub, neft və qaz qiymətləri kəskin artıb və üfüqdə ərzaq böhranı təhlükəsi yaranıb", - məktubda qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Chosen
6
5
olke.az

6Sources