EN

“Qarabağ” – “Sabah” oyununun biletləri satışa çıxır 

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışda olacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.

Biletlər iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Matç aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” xanım azarkeşlər üçün girişi pulsuz edib.

Chosen
23
7
idmanxeber.az

8Sources