EN

"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir" - VİDEO

"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir".

 

Bu sözləri tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlaması zamanı deyib.

 

"Biz uzun illər dostluq etmişik, qardaş kimi olmuşuq, bir yerdə çalışmışıq, səfərlərə çıxmışıq. Həmişə işə gedəndə ilk onunla görüşərdim. Sabah iş başlayır, indi kiminlə görüşəcəyəm?!" - deyə o bildirib.

 

Şair mərhum sənətkarla son birgə səfərlərindən də danışıb.

 

Onun sözlərinə görə, sonuncu dəfə Rasim Balayevi böyük təkidlə Laçına aparıb:

 

"Getmək istəmirdi, son zamanlar çox pessimist idi. Amma Laçına çatanda tamam dəyişdi, yenə deyib-gülən, hamını güldürən Rasim oldu".

 

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

 

Tarix: 30 Mart 2026, 14:28   
Chosen
3
8
pravda.az

9Sources