AZ

Baba Vəziroğlu: "Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir"

Ajans.az xəbər verir ki, bu sözləri tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlaması zamanı deyib. "Biz uzun illər dostluq etmişik, qardaş kimi olmuşuq, bir yerdə çalışmışıq, səfərlərə çıxmışıq. Həmişə işə gedəndə ilk onunla görüşərdim. Sabah iş başlayır, indi kiminlə görüşəcəyəm?!" - deyə o bildirib. Şair mərhum sənətkarla son birgə səfərlərindən də danışıb. Onun sözlərinə görə, sonuncu dəfə Rasim Balayevi böyük təkidlə Laçına aparıb: "Getmək istəmirdi, son zamanlar çox pessimist idi. Amma Laçına çatanda tamam dəyişdi, yenə deyib-gülən, hamını güldürən Rasim oldu".

Seçilən
0
8
Ajans.az

9Mənbələr