AZ

“Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir” – Baba Vəziroğlu

“Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlaması zamanı deyib.

“Biz uzun illər dostluq etmişik, qardaş kimi olmuşuq, bir yerdə çalışmışıq, səfərlərə çıxmışıq. Həmişə işə gedəndə ilk onunla görüşərdim. Sabah iş başlayır, indi kiminlə görüşəcəyəm?!” – deyə o bildirib.

Şair mərhum sənətkarla son birgə səfərlərindən də danışıb.

Onun sözlərinə görə, sonuncu dəfə Rasim Balayevi böyük təkidlə Laçına aparıb:

“Getmək istəmirdi, son zamanlar çox pessimist idi. Amma Laçına çatanda tamam dəyişdi, yenə deyib-gülən, hamını güldürən Rasim oldu”.

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Seçilən
0
8
konkret.az

9Mənbələr