EN

Ötən il İranın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi açıqlanıb

Bakı. Trend:

2025-ci ildə İranın Azərbaycana birbaşa investisiyalarının həcmi375,315 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bugöstərici 2024-cü illə müqayisədə 3,828 milyon dollar və ya 1%artıb.

Məlumata əsasən, hesabat ilində İranın Azərbaycaniqtisadiyyatına qoyduğu investisiyaların ümumi birbaşa xariciinvestisiyalar içində payı 5,7% təşkil edib.

2024-cü ildə İranın Azərbaycana yatırdığı birbaşainvestisiyaların ümumi həcmi 371,487 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulanbirbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarınıötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyondollar və ya 6,4% azdır.

Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkəiqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə765,4 milyon dollar və ya 43,4% çoxdur.

Məqalədə:
Chosen
21
8
az.trend.az

10Sources