Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.
Far.Az report-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
*** 21:01
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq.
Far.Az report-a istinadən xəbər verir ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqəsində qonaqların heyətində Daniel Kanu fərqlənib.
72-ci dəqiqədə Rahil Məmmədov tarazlığı bərpa edib.
*** 20:36
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ikinci qol vurulub.
Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 72-ci dəqiqəsində Rahil Məmmədov fərqlənib.
*** 20:08
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, qonaqlar hazırda hesab öndədir - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
*** 19:49

*** 19:50
"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
*** 19:12
"FIFA Series-2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyunu start götürüb.
Far.Az report-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayıb.
Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.