BELƏQAN, 31 mart. TELEQRAF
Beyləqanda 59 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Toğrul Atakişiyev küçəsində baş verib.
Rayon sakini 1967-ci il təvəllüdlü Hüseynova Familə Aydın qızı sirkəturşusundan zəhərlənib.
F.Hüseynova yaxınlarının köməkliyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.