EN

"Barselona" Fliklə yeni müqavilə imzaladı

style='margin-bottom:10px;'>

"Barselona" baş məşqçi Hans-Dieter Flikin müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şkira yayıb.

Bildirilib ki, tərəflər artıq razılıq əldə ediblər. Almaniyalı mütəxəssislə yeni müqavilənin 2028-ci ilin yayına qədər olduğu qeyd edilib. Yaxında klubun bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.

Flikin son müqaviləsi gələn ilin iyun ayına qədər idi. O, 2024-cü ilin yayında Kataloniya klubuna rəhbərlik edir.

29 turdan sonra komanda İspaniya çempionatının turnir cədvəlinə 73 xalla liderlik edir.

Chosen
64
2
teleqraf.com

3Sources