EN

İran müharibəsi Avrozonada inflyasiyanı sürətləndirib

Bakı. Trend:

İran münaqişəsi, Hörmüz boğzasında neft daşımalarında yarananfasilələlər və bu hadisələr zəncirinin yaratdığı qlobal enerji şokufonunda Avrozonada istehlak qiymətlərində sürətli artım müşahidəolunmaqdadır.

Trend xəbər verirki, bu barədə “Euronews” telekanalı “Eurostat”a istiadən məlumatverir.

Məlumata görə, hazırda vahid valyuta zonasında 2022-ci ilinoktyabrından bəri ən yüksək inflyasiya tempi qeydə alınıb.

Bir ay əvvəl enerji avrozonada inflyasiyanın aşağı səviyyədəqalmasına dəstək olurdu. Fevral ayında enerji qiymətləri illikifadədə 3,1% azalmışdı və ümumi inflyasiya səviyyəsi 1,9% olmaqlaAvropa Mərkəzi Bankının 2%-lik hədəfi civarında idi. Daha sonraİran müharibəsinin başladı və bu istehlak qiymətlərinin artımınaəhəmiyyətli dərəcədə təsir göstərdi.

“Eurostat”ın çərşənbə axşamı yayımladığı ilkin hesabata əsasən,Avrozonada illik inflyasiya mart ayında 2,5%-ə yüksəlib. Hərçəndfevralda bu göstərici illik ifadədə 1,9% təşkil edirdi.

Enerji şoku 2022-ci ildən bəri ən sürətli aylıq inflyasiyaartımına səbəb olub.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.


ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrızamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.


Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
19
1
az.trend.az

2Sources