EN

ABŞ müttəfiqlərini meydanda tək qoydu – "Sizə kömək etməyəcəyik"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi təşəbbüslərini dəstəkləməyən tərəfdaş ölkələri "qorxaqlıqda" ittiham edərək onlara sərt neft ultimatumu ünvanlayıb.

Musavat.com xəbər verir ki, öz sosial şəbəkə hesabında paylaşım edən Tramp, xüsusilə İrana qarşı əməliyyatlarda iştirakdan imtina edən Böyük Britaniyanı hədəf alaraq, Hörmüz boğazındakı yanacaq böhranına görə müttəfiqlərinə artıq kömək etməyəcəyini bəyan edib. Prezident bildirib ki, Hörmüz boğazının bağlanması səbəbindən aviasiya yanacağı qıtlığı çəkən ölkələrin iki yolu var: ya yanacağı ehtiyatı bol olan ABŞ-dan satın almaq, ya da "gecikmiş cəsarət" nümayiş etdirərək boğaza gedib öz neftlərini güclə götürmək.

"İranın, əslində, artıq başı kəsilib, ən çətin hissə tamamlanıb. Gedin və neftinizi özünüz alın! Siz bizə kömək etmədiyiniz kimi, ABŞ da artıq sizin köməyinizə gəlməyəcək" deyən Tramp, müttəfiqlərin özlərini müdafiə etməyi öyrənməli olduqlarını vurğulayıb.

Qeyd olunur ki, Trampın bu çıxışı NATO daxilindəki parçalanmanı rəsmiləşdirir və ABŞ-ın "Öncə Amerika" siyasətinin ən sərt formasına keçdiyini göstərir. Bu kəskin ritorika beynəlxalq enerji bazarlarında onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Musavat.com

Chosen
21
50
musavat.com

10Sources